Sürpriz kupon – 22.11.2022
Argentina – Səudiyyə Ərəbistanı ÜST 2,5
Argentina artıq ilk oyunda gücünü göstərməyə çalışacaq. Səudiyyə Ərəbistanı cənubi amerikalılar üçün ciddi rəqib deyil. Messi və komandası böyük hesablı qələbə qazana bilər.
Fransa – Avstraliya ÜST 2,5
Fransa Qətər mundialında ən çox oyunçu itirən komandadır. Son olaraq “Qızıl top”un sahibi Kərim Benzemanın da zədə səbəbindən dünya çempionatını buraxacağı dəqiqləşdi. Kante, Poqba kimi futbolçular zədəyə görə heyətdən kənarda qalmışdılar. Jül Künde ilə Radael Varan da ilk oyunda meydana çıxa bilməyəcək. Fransanın bu itkilərindən sonra Deşamın komandasını favorit kimi görmək bir qədər çətindir.
Fransa 2018-ci ilin dünya çempionatında Avstraliyanı 2:1 hesabı ilə məğlub etmişdi.
Danimarka – Tunis QOL/QOL
Tunisin heyətində top klublarda çıxış edən ulduz futbolçular olmasa da, komanda qol vurmağı bacarır. Arikalılar son yoxlama görüşündə İranı 2:0 hesabı ilə məğlub ediblər. İyunda isə Tunis Çili (2:0), Yaponiya kimi (3:0) güclü rəqiblər üzərində qələbə qazana bilib.