Sürpriz kupon – 22.10.2025
Sportinq – Olimpik Marsel – 2
Olimpik Marsel hazırda əla formadadır. Liqa 1 və Çempionlar Liqası daxil son 5 oyunun hamısında qalib gəlib. Sportinq isə əksinə, son 3 matçda qələbə qazanmayıb. Üstəlik, Olimpik Marsel Sportinq üçün “arzuolunmaz” rəqiblərdəndir. Lissabon klubuna qarşı indiyədək oynadığı 4 matçın 3-nü qazanan Olimpik Marsel bir dəfə belə uduzmayıb.
Atletik Bilbao – Qarabağ – 1-ci hissə – 1
Çempionlar Liqasında ilk 2 turda uduzan Bilbao klubu uğursuzluğa Azərbaycan çempionu ilə görüşdə son qoymağa çalışacaq. Bəlkə də yekun nəticə Atletik azarkeşinin istədiyi kimi olmayacaq. Amma oyuna böyük ehtimal hücumlarla başlayacaq ispanlar ilk yarını öz xeyrinə bitirə bilər.
Ayntraxt Frankfurt – Liverpul – 2
Liverpul son 4 oyunun hamısında uduzub. Bu matça dönüş nöqtəsi kimi baxıram. Fikrimcə, Liverpul Frankfurt səfərində qalib gələcək.












