Sürpriz kupon – 22.10.2025

Sürpriz kupon – 22.10.2025

Şaxtyor – Legiya 1

“Şaxtyor” son 2 qarşılaşmada 5 xal itirib Ukrayna çempionatında liderliyi əldən verdi. Arda Turanın komandası toparlanıb potensialını ortaya qoymasa, türkiyəli mütəxəssisin başını qara buludlar ala bilər. Donetsklilərin formal ev sahibi olmasına, oyunun Polşada keçirilməsinə baxmayaraq, daha usta kollektivin qələbə qazanacağını düşünürəm.

Qou Ehed İqls – Aston Villa 2 və ÜST 2.5

“Aston Villa” avrokuboklarda inamlı çıxışı ilə diqqət çəkir. “Bolonya” üzərində minimal hesablı ev qələbəsindən sonra səfərdə “Feyenoord” qalibiyyəti komandanın özgüvənini daha da artırıb. “Qou Ehed İqlz”ın matçları adətən bol qollu keçir. Son 12 qarşılaşmadan cəmi 3-ü ALT 2.5 bitib. Qonaqların qələbəsinə və oyunda ən azı 3 qol vurulacağına mərc edirəm.

Roma – Viktoriya Plzen Fora: Roma (- 1.5)

“Roma” “Lill” məğlubiyyətinin əvəzini “Viktoriya Plzen”dən çıxmağa çalışacaq.
Komandanın bunu bacaracaq imkanları var.
Qasperininin yetirmələri azarkeşlərinin də dəstəyilə fərqli qələbə qazana bilərlər.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Günün kuponu – 23.10.2025

Növbəti yazı

Çexiya millisində yeni baş məşqçi