Sürpriz kupon – 22.10.2022
Mançester Siti – Brayton ÜST 2.5
Erlinq Holannın öndərliyi ilə məhsuldarlığı göz oxşayan “Mançester Siti” böyük ehtimalla qol yağmurunu bu oyunda da davam etdirəcək. Meydan sahibləri rəqibindən açıq-aşkar güclüdü. Belə nəhəng hücum potensialı olan komanda qarşısında qonaqların tab gətirəcəyi inandırıcı deyil.
Çelsi – Mançester Yunayted 1
Londonlular ev oyunlarında kifayət qədər sanballı məğlubiyyətsizlik seriyasına malikdi. “Mançester Yunayted” isə tam əksinə, səfərdə uğurlu çıxışı ilə fərqlənmir. Düşünürəm ki, bu dəfə də istisna olmayacaq.
Frayburq – Verder 1
Bremenlilər Bundesliqada bu mövsüm səfərdə uduzmayan yeganə komandadı. Amma hər seriyanın bir qırılma nöqtəsi var. “Frayburq” Avroliqa qrupunda məqsədinə çatıb və bütün fikrini çempionata yönəldə bilər.
Hər iki rəqib güclü olsa da, bu oyunda meydan sahiblərinin qələbə qazanacağını düşünürəm.