Sürpriz kupon – 22.09.2025

Sürpriz kupon – 22.09.2025

Randers-Nordsyaelland ÜST3.5

Danimarka çempionatında işləri yaxşı getməyən iki komanda qarşılaşır. Əsas heyətin 5 üzvünün cəzalı və zədəli olduğu “Randers” onun üçün uğursuz rəqib hesab edilən “Nordsyaelland”ı qəbul edəcək. Maraqlıdır ki, hər iki tərəfdə əsas müdafiəçilərin meydana çıxacağı sual altındadır. Aşkar favoriti qeyd etməkdənsə məhsuldar nəticəyə pul qoymağı tövsiyyə edirəm.

Burqos-Qranada ÜST2.5

Heyətlə bağlı ciddi problemləri olan “Qranada” mövsümə çox pis başlayıb. İlk 5 oyunda cəmi 1 xal toplayan qonaqların vəziyyəti getdikcə daha da dərinləşir. Meydan sahiblərinin bu şansdan istifadə edəcəyi dəqiqdi. “Burqos”un məhsuldar nəticəylə qələbə qazanacağını düşünürəm.

Farko-Əl Məsri qol/qol

Misir Premyer Liqasında 8-ci tur başlayır. Ardıcıl 6 oyunda qələbəyə həsrət olan “Farko” iddialı “Əl Məsri”ni qəbul edir. Qonaqların favorit olduğu matçda sürpriz qeydə alınacağına inanmıram. Lakin risk edərək sürpriz kuponda meydan sahiblərinin qol vuracağına mərc etmək olar.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 22.09.2025

Növbəti yazı

“Qarabağ”dan böyükhesablı qələbə