Sürpriz kupon – 22.08.2022
“Elçe” – “Almeriya” – ALT2.5
Meydan sahibləri son dörd matçda “Almeriya”ya uduzmayıb. Doğma meydanda əzmkar oyunla seçilən “Elçe” ən azı rəqib qapısına yol tapmağı bacarır. İlk turda “Real”ı qəbul edən “Elçe” 1-2 hesablı məğlubiyyətə üzüldü.
“Sivasspor” – “Alanyaspor” – Q/Q
Qonaqlar 2 oyunda 4 xal toplamaqla Superliqaya yaxşı başlayıb. “Sivasspor”un aktivində 1 məğlubiyyət və 1 heç-heçə var. Bu komandaların oyunları adətən maraqlı mübarizə ilə yadda qalır.
“Fənərbağça” – “Adana Demirspor” – 1
Sürpriz olsa belə Superliqada cədvələ Adana təmsilçisi başçılıq edir. İki oyunda maksimum xal toplayan qonaqlar “Trabzonspor” və “Qalatasaray”la birgə ilk üçlükdə qərarlaşıb. Aktivində 4 xalı olan meydan sahibləri son görüşdə Adana təmsilçisinə uduzub. Fikrimcə “Fənər” yanvardakı məğlubiyyətin əvəzini çıxmalıdı.