Sürpriz kupon – 22.07.2025
Şkendiya Tetovo – FCSB – 2
Rumıniya çempionunun təcrübəsi və səviyyəsi məncə, sözünü deyəcək. Şimali Makedoniya klubu öz meydanında oynasa da, məncə, Buxarest təmsilçisi bu oyundan qələbə ilə ayrılacaq.
Hamrun Spartans – Dinamo Kiyev – 2
Kiyev “Dinamo”sunun püşkde bəxti gətirib. Malta çempionu çətin ki, Ukrayna təmsilçisini dayandırsın. Məncə, elə ilk dueldə kiyevlilər qələbə qazanacaq.
FK RFS – Malmö – 2
Malmö bu mövsüm İsveç Liqasında çempionluq yarışında rəqiblərindən geri qalır. Bu mənada Latviya səfəri onlar üçün asan olmayacaq. Amma Malmönün təcrübə və potensialına güvənib qonaqların qələbəsinə mərc etmək olar.












