Sürpriz kupon – 22.07.2022
Standard – Qent – 2
“Standard” ağır dövr keçirir. Komanda sonuncu dəfə 2009-cu ildə çempion olub. Lyejlilər məşqçi heyətini dəyişib, amma ciddi uğur qazanacaqları inandırıcı görünmür.
“Qent” hazırda daha sanballı klubdu. Komandalar arasında keçirilən oyunlarda da böyük üstünlüyə malikdi. Bu dəfə də risk edib qonaqların qələbəsinə mərc etmək olar.
ÇSKA 1948 – Ludoqorets – 2
“Ludoqorets” “Şemrok Rovers”i darmadağın etməzdən əvvəl də oyunun favoriti idi. Çempionlar Liqasındakı inamlı qələbə isə komandaya daha da böyük ruh verdi. Bolqarıstan çempionatında itkisiz irəliləyən qonaqlar bu oyunda da qalib gələcək potensialdadı.
River Pleyt – Qimnasia La Plata – 1
“River Pleyt” son 6 oyundan yalnız birində qələbə qazana bilib. Son ölkə çempionu bu qalibiyyəti Argentina kubokunda özündən xeyli zəif rəqib üzərində əldə edib. Marselo Qalyardonun komandasının potensialı bu deyil və uğursuz seriyanı öz meydanında bitirmək üçün gözəl şans var. Düşünürəm ki, daha ad-sanlı və səviyyəli klub bu dəfə qələbəni əldən verməyəcək.