Sürpriz kupon – 22.06.2025

Sürpriz kupon – 22.06.2025

Real Madrid – Paçuka – 1-ci hissə\oyunun nəticəsi – Real Madrid

Real klublarası dünya çempionatına Əl-Hilalla matçda sürpriz xal itkisi ilə başladı. Məncə, bu dəfə hər şey fərqli olacaq, “Kral Klubu” ağırlığını, sambalını ortaya qoyacaq. “Real”ın elə ilk yarıda qələbənin əsasını qoyacağını təxmin edirəm.

Bolivar – Ze Stronqest – 2,5 ÜST

Məhsuldarlığı ilə seçilən Boliviya liqasında ən çox qol vuran 3 komandadan ikisi bir-biri ilə qarşılaşır. 3-cü yerdə qərarlaşan “Bolivar” bu görüşdə qalib gələrsə, 2-ci sıranı “Ze Stronqest”dən təhvil alacaq. Demək, güzəştsiz mübarizə gözlənilir. Tərəflərin öz aralarındakı son 9 duelindən 8-də qapılara azı 3 qol vurulub. Fikrimcə, bu qarşılaşma da 2,5 üstlə yekunlaşacaq.

Səudiyyə Ərəbistanı – Trinidad və Tobaqo – QOL/QOL

İlk oyunda Haitini məğlub edən Səudiyyə Ərəbistanı bu oyunda qalib gələrsə, “Gold Cup” turnirində pley-offa vəsiqəni təmin edəcək. Trinidad və Tobaqo yığması isə uduzacağı halda pley-off şansını itirəcək. Qrupdakı mövcud vəziyyət hər iki komandanı hücum etməyə, qol vurmağa sövq edir.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 22.06.2025

Növbəti yazı

“Karvan”da ayrılıq