Sürpriz kupon – 22.06.2024
Gürcüstan – Çexiya QOL/QOL
Hər iki komanda ilk oyunda rəqiblərinə qarşı layiqli oyun nümayiş etdirdilər. Gürcülərin ilk Avropa çempionatı olduğuna görə, daha da həvəslidirlər. İki komandada da fərqlənməyi bacaran potensiallı futbolçular mövcuddur. Ona görə də, məhsuldar oyun olma ehtimalı daha yüksəkdir.
Türkiyə – Portuqaliya QOL/QOL
Hər iki komandanın ilk oyundan sonra müdafiələrindəki boşluqları gördük. Bol qollu oyun gözlənilir. Yəqin ki, yaratdıqları qol vəziyyətlərindən maksimum yararlanmağa çalışacaqlar. Öz aralarındakı son oyunlara nəzər salsaq hər iki komanda fərqlənməyi bacarıb. Bu qarşılaşmada da ənənənin davam edəcəyinə inanıram.
Soqndal – Kunqsvinger QOL/QOL
Norveç 1-ci divizionunda növbəti qarşlaşmalardan biri. Lider “Kunqsvinger”in bu aralar işləri heç də yaxşı getmir. Son 2 turda qapılarından 9 top buraxıb. Bu da müdafiənin bərbad olmasını göstərir. Ev sahibləri də bundan maksimum istifadə etməyə çalışacaqlar. Fikrimcə, qol-qol mərci daha da real görünür.