Sürpriz kupon – 22.02.2025
Bornmut – Vulverhempton 1
“Bornmut” son 5 oyunda 4 qələbə qazanaraq əla formadadır. “Vulverhempton” isə əksinə, son 5 matçın yalnız ikisində qalib gəlib. Bu da qonaqların zəif çıxışından xəbər verir. “Bornmut”un son matçlardakı üstün çıxışını və inamını nəzərə alsaq, onların qalib gələcəyini gözləmək olar.
Maynz – Sankt Pauli 1
“Maynz” doğma meydanda inamlı oyun sərgiləyir. Ümumiyyətlə, bu mövsüm yaxşı performans göstərir və turnir cədvəlində ilk altılıqda qərarlaşıb. “Sankt Pauli” isə hələ ki, özünü yaxşı tərəfdən göstərə bilmir. Hazırki formanı və ev üstünlüyünü nəzərə alsaq, ev sahiblərinin 3 xal alması üçün hər cür şansı var.
Lill – Monako QOL/QOL
Bu oyunda qüvvələr təxminən bərabərdir. Hər iki komanda kifayət qədər hücum futbolu oynayır və demək olar ki, hər oyunda fərqlənməyi bacarırlar. Komandaların bu statistikasına görə onların müdafiədə oturmayacağını və ən azından hərəyə bir dəfə fərqlənəcəyini güman etmək olar.