Sürpriz kupon – 22.01.2025

Sürpriz kupon – 22.01.2025

Seltik – Yanq Boyz X2

Məncə Çempionlar liqasında bu tur süprizlər turu olacaq. Liqa mərhələsində xal qazanmayan 3 komanda var. Zənnimcə hər üçü bu turda uğursuzluğa son qoya bilər. Yanq Boyz Seltik səfərində şanslı hesab edilmir. Amma Çempionlar liqasında hər komanda sürpriz etməyə qadirdir. Məncə İsveçrə təmsilçisinin səfərdə Seltikə uduzmayacağına mərc etməyə dəyər.

Şaxtyor – Brest 1

Ukrayna klubunun rəqibi ilə müqayisədə avrokubok təcrübəsi daha böyükdür. Üstəlik, Brest minimum tapşırığın öhdəsindən demək olar ki, gəlib. Bu görüşdə qələbə Şaxtyora daha çox lazımdır. Məncə ukraynalılar bunu bacaracaqlar. Üstəlik bu qarşılaşmada etopaz sizə erkən uduş fürsətini də təqdim edir.

Leypziq – Sportinq Lissabon 1

Liqa mərhələsində xal qazanmayan 3 komandadan biri də Leypziqdir. Yuxarıda da qeyd etdiyim kimi hər 3 komandanın xal qazanmaq ehtimalı var. Üstəlik, Almaniya komandası rəqibini evdə qəbul edəcək. Mövsümə yaxşı başlamasa da almanlar bu oyunda favoritdir. Məncə Leypziq Sportinqi asanlıqla məğlub edəcək.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 22.01.2025

Növbəti yazı

“Barselona”da ciddi itki