Sürpriz kupon – 21.12.2025

Sürpriz kupon – 21.12.2025

Araz Naxçıvan – Şamaxı 1

“Araz Naxçıvan” son dövrlər qeyri-sabit oyunu ilə diqqət çəkir.
Ayxan Abbasovun “Şamaxı”sı istənilən rəqibə süpriz edəcək komandadı.
Bu qarşılaşmada xal itkisi Elmar Baxşiyevin postu ilə vidalaşmasına gətirib çıxara bilər.
Naxçıvanlılar toparlanıb öz oyunlarını ortaya qoysalar ili major notda bitirəcəklər.

Haydenhaym – Bavariya Qonaq hər iki hissədə qalib gələcək: Bəli

Ötən tur “Allianz Arena”da “Maynts”la görüşdə gözlənilmədən son dəqiqələrdə məğlubiyyətdən qaçan “Bavariya” çətin ki, ardıcıl ikinci oyunda xal itkisi ilə üzləşə.
Bundesliqanın lideri autsayderlərdən biri ilə görüşdə hər iki hissədə qalib gələcək gücdədi.

Qalatasaray – Kasımpaşa İstənilən vaxt qol vuracaq: Mauro İkardi

Afrika Millətlər Kubokuna yollanan Viktor Osimhenin yoxluğunda “Qalatasaray”da bombardirlik yükünü üzərinə götürəcək ilk futbolçu Mauro İkardidi. Nigeriyalı ulduza görə az oyun şansı qazanan argentinalının indi özünü göstərmək üçün əla fürsəti var.
“Super Mario” bu şansı dəyərləndirəcək potensialdadı.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Günün kuponu – 21.12.2025

Növbəti yazı

FIFA-dan “Əl-Nəsr”ə qadağa