Sürpriz kupon – 21.11.2025

Sürpriz kupon – 21.11.2025

Standard Lyej – Zulte Vareqem 1

Zulte Vareqem turnir cədvəlində öndə olsa da, Standard Lyej onları bu tur qabaqlaya bilər. Doğma azarkeşlər önündə bu mümkündür. Məncə çətin olacaq, amma Standard qələbə qazanacaq.

Boxum – Dinamo Drezden 2

Məncə gecənin sürprizi məhz bu oyunda yaşanacaq. Dinamo yaxşı heyətə malikdir. Düzdür, mövsümün startı elə də uğurlu olmayıb. Üstəlik, qələbsizlik seriyası da var. Zənnimcə, bu seriya Boxumla səfər oyununda qırılacaq.

Karvan – Kəpəz 2

İlk dövrədə Karvan Kəpəzi məğlub etməyi bacarmışdı. Amma indi Kəpəz o Kəpəz deyil. Ən azı ona görə ki, baş məşqçi dəyişib. Düşünürəm ki, daha yaxşı heyətə malik olan Gəncə təmsilçisi oyundan qələbə ilə ayrılacaq.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 21.11.2025

Növbəti yazı

Fernandinyo karyerasını başa vurdu