Sürpriz kupon – 21.10.2025
Kayrat – Pafos 1
Qazaxıstan təmsilçisinin oyun cədvəlinə baxanda 3 xal qazanmaq üçün yeganə rəqib kimi məhz Pafos görünür. Amma Kayrat evdə bu şansı əldən verməz. Məncə Qazaxıstan çempionu ilk və yeganə 3 xalını məhz bu oyunda əldə edəcək.
PSV Eyndhoven – Napoli 2
Niderland klubları heç də yaxşı günlərini yaşamır. Məncə Kontenin komandası bu fürsətdən istifadə edəcək. İtaliya A seriyasının son tur oyununda da Napoli daha çox çempionlar liqasını düşünür təəssüratını yaratdı. Məncə Napolinin səfər qələbəsi sürpriz olmamalıdır.
Hall Siti – Lester 2
Hall Sitidən fərqli olaraq Lesterin hədəfi daha böyükdür. Premyer liqaya qayıtmaq. Odur ki, belə oyunlarda xal itirmək olmaz. Məncə Lester çətin də olsa Hall Sitini məğlub edə biləcək.












