Sürpriz kupon – 21.10.2023
“Liverpul” – “Everton” – 1×2 – 1-ci hissə – “Liverpul”
Son 2 turda premyer liqada cəmi 1 xal qazanan “Liverpul”u Mersisayd derbisində əzəli rəqibi “Everton”la çətin qarşılaşma gözləyir. Derbi olsa da, məncə, hazırda daha yaxşı formada olan “Liverpul” qələbə qazanacaq. İlk yarıda meydan sahibinin qələbə əmsalı daha yüksək olduğundan risk edərək “Liverpul”un 1-ci hissədə qələbəsinə mərc edirəm.
“Darmştad” – “Leypsiq” – 1-ci hissə cüt şans
Bol qol gözlədiyim oyundur. Ona görə fasiləyə qədər hesabdakı bərabəriyin pozulacağını təxmin edirəm.
“Mayns” – “Bavariya” – QOL/QOL
“Bavariya” matçın aşkar favoritidir. Amma qarşılıqlı qollar bu oyun üçün riskli sayıla bilər. Çünki 7 turdan sonra hesabında qələbəsi olmayan “Mayns” rəqib qapılarından cəmi 6 qol keçirib. “Bavariya” isə 7 oyunda 23 qol vurub, qapısından 6 top buraxıb. Bu da var ki, tərəflərin öz aralarındakı son 9 matçın 8-də hər iki komanda qol vurub. Məncə, bu dəfəki görüşdə də qarşılıqlı qollar olacaq.