Sürpriz kupon – 21.05.2022
“Nant” – “Sent Etyen” – 2,5 ÜST
Fransanın ən titullu klublarından olan “Sent Etyen” Liqa-1-də qalmaq üçün ilk növbədə bu görüşdə qələbə qazanıb, 18-ci yeri “Mets”in əlindən almalıdlr. Daha sonra pley-off matçında Liqa-2 təmsilçisini üstələyib elitada yerini saxlamalıdır. Bir sözlə, onlar üçün “ölüm-dirim” xarakterli matçdır. “Nant” isə meydana sadəcə, mövsümü başa vurmaq üçün çıxacaq. 2,5 üst bu oyun üçün inandığım variantdır.
“Lill” – “Renn” – 2,5 ÜST
“Lill” ən yaxşı halda çempionatı 9-cu sırada başa vura bilər. “Renn” isə azı 1 xal qazanarsa, avrokuboklara vəsiqəni təmin edəcək. PSJ-dən sonra 37 oyuna 80 qolla çempionatın ən məhsuldar komandası olan “Renn”in mövsümə bol qollu bir oyunla vida edəcəyini düşünürəm.
“Fiorentina” – “Yuventus” – QOL/QOL
“Yuventus” 4-cü yeri və yeni mövsüm üçün ÇL-in qrup mərhələsinə birbaşa vəsiqəni təmin edib. “Fiorentina”ya isə avrokuboka vəsiqə üçün “Atalanta”nı qabaqlamaq lazımdır. Matçda qarşılıqlı qollar vurulacağını düşünürəm.