Sürpriz kupon – 21.04.2025
Alanyaspor – Samsunspor 1
Alanyaspor üçün tamam və ya davam oyunu hesab etmək olar. Düzdür, Samsunspor asan rəqib deyil və avrokuboklara iddialıdır. Lakin son turlardakı performansı qonaqların qeyri-stabil olduğunu göstərir. Super liqada qalmağa çalışan Alanyaspor bu qarşılaşmada qələbə qazanmaq üçün əlindən gələni edəcək. Düşünürəm ki, bacaracaqlar!
Cenoa – Latsio 1
Bodo Glimtlə 120 dəqiqlik oyundan sonra məğlub olan Latsio çətin ki, bu görüşün şokundan ayılsın. Üstəlik, komanda son turlarda heç də yaxşı təsir bağışlamır. 5 oyunda cəmi 1 qələbə. Rəqib isə tam əksinə 5 oyuna cəmi 1 məğlubiyyət. Cenoa Patrik Vyeranın təyinatından sonra yuksəlişdədir, evdə daha yaxşı təsir bağışlayır. Məncə İtaliyada günün sürprizi bu oyunda qeydə alınacaq. Risk etməyə dəyər.
Tottenhem – Nottingem Forest 3,5 ÜST
Bu mövsümün sürpriz komandası olan Nottingem Foresti çətin səfər gözləyir. Məncə kimin qalib gələcəyini demək çətindir. Amma açıq futbol olacağını bol qollu qarşılaşma keçəcəyini düşünürəm. Tottenhem 15-ci sırada yer alsa da, premyer liqada ən çox qol vuran 4-cü komandadır. Elə Nottingemin də məhsuldarlığı aşağı deyil. Odur ki, sürpriz kuponda 3,5 üst mərcini seçməyə dəyər.