Sürpriz kupon – 21.03.2025

Sürpriz kupon – 21.03.2025

Andorra – Latviya 1, 2,5 ALT, kornerlər cəmi 9 ALT

Sürpriz kuponda sizə 1 oyun, 3 ehtimal təklif edirəm. Məncə günün sürpriz nəticəsi Andorra – Latviya görüşündə qeydə alına bilər. Andorranın evdə qələbə qazanması üçün ən uyğun rəqib məhz Latviyadır. Onlar bunu bacara bilər. Üstəlik, bu qarşılaşmanın bol qollu keçəcəyini düşünmürəm. Andorra müdafiədən oynayıb, əks hücumları gözləyəcək. Sıx müdafiəni isə latviyalıların yarmaq potensialı böyük deyil. Digər tərəfdən kornerlərin də az olacağını güman edirəm. Məncə çətin ki, 9 künc zərəbəsi olsun. Bu 3 ehtimal birlikdə 8 əmsal edir. Risk etməyə dəyər.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 21.03.2025

Növbəti yazı

Boks yenidən Olimpiada proqramında