Sürpriz kupon – 21.02.2023

Sürpriz kupon – 21.02.2023

“Roterem” – “Sanderlend” X
“Roterem”i təhlükəli zonadan cəmi 2 xal ayırır. “Sanderlend” oyunun aşkar favoritidir. Amma “Roterem”in meydanında oynamaq “qara pişiklər” üçün həmişə çətin olub.
Sürpriz kupon olduğundan risk edib matçın heç-heçə başa çatacağını gözləmək olar.

“Suonsi” – “Stok Siti” QOL/QOL
Hər iki komanda son oyunlarını məğlubiyyətlə başa vurublar. Ona görə də gərgin bir qarşılaşma olacağını proqnozlaşdırmaq mümkündür. “Stok” bu oyunda uduzsa, təhlükəli zonaya bir az da yaxınlaşacaq.
Güman edirəm ki, qarşılıqlı qollar görə bilərik.

“Norviç” – “Birmingem” QOL/QOL
Oyunun favoriti “Norviç”dir. Lakin “Birmingem” 18-ci pillədə qərarlaşsa da, hücum xətti pis təsir bağışlamır. Məncə, bu oyunda da qonaqların qol vurmaq şansları olacaq.

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Günün kuponu – 21.02.2023

Növbəti yazı

PSJ Bundesliqadan 3 futbolçu istəyir