Sürpriz kupon – 21.01.2025

Sürpriz kupon – 21.01.2025

Qalatasaray – Dinamo Kiyev – QOL/QOL

Tarixinin ən agır dövrlərindən birini yaşayan Kiyev “Dinamo”su qarşısında Qalatasaray şəksiz favoritdir. Amma Ukrayna komandaları Türkiyə klubları adətən tərs rəqib kimi qəbul olunur. Dinamo Kiyevin Avropa Liqasında 6 oyunun hamısını uduzmasına, qapısından 15 top buraxıb, cəmi 1 qol vurmasına rəğmən, bu oyunda azı 1 qol vuracağını təxmin edirəm.

Srvena Zvezda – PSV – 3,5 ÜST

Srvena Zvezda Çempionlar Liqasında 6 oyuna cəmi 3, PSV isə 8 xal toplayıb. Qələbə hər iki komanda üçün vacibdir. Erediviziyada son 3 oyunda qələbə qazana bilməyən PSV Belqrad səfərində uğur qazanmaq üçün var gücünü sərf edəcək. Amma nəzərə alaq ki, Srvena Zvezda da çılğın fanatları qarşısında tam fərqli oynayır. Bol gözlədiyim bu matçda 3,5 variantına üstünlük verirəm.

Brügge – Yuventus – 2,5 ALT

Brügge Çempionlar Liqasında qeyri-sabit oynayır. 6 oyundan 10 xal toplayan belçikalıların qol balansı 6-8-dir. Yuventus haqqında da eyni sözləri demək olar. Hər iki tərəf ehtiyatlı oyunla qələbə qazanmağa çalışacaq. Məncə, gecənin 2,5 alt bitəcək oyunlarından biri məhz bu qarşılaşma olacaq.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 21.01.2025

Növbəti yazı

Neymarın tələbi: 65 milyon avro!