Sürpriz kupon – 20.12.2025

Sürpriz kupon – 20.12.2025

Kayzerslautern – Maqdeurq – 1-ci hissə – 2

2-ci bundesliqada 6-cı sırada yer alan Kayzerslautern autsayderlərdən olan Maqdeurqla görüşdə favorit sayılır. Amma məncə, bu matçda sürpriz nəticə qeydə alınacaq. Maqdeburq indiyıdək Kayzerslauternə qarşı oynadığı butun matçlarda yekun nəticədən asılı olmayaraq qol vurub. Fikrimcə, Maqdeurq bu səfərdə də azı 1 qol vuracaq, hətta riskə gedərək bu qolun ilk hissədə olacağını və fasiləyə qonaqları hesabda üstün yollayacağını düşünürəm.

Tottenhem – Liverpul – 1-ci hissə cüt şans 12

Bu oyunun məhsuldar keçəcəyini “günün kuponu”nda qeyd etmişəm. Bol qollu oyunlarda isə adətən fasiləyə tərəflərdən biri hesabda üstün yollanır.

Mançester Siti – Vest Hem – 2-ci hissə 1,5 ÜST

Liderliyi ələ keçirmək istəyən Mançester Siti şübhəsiz qələbəyə oynayacaq. Vest Hem isə autsayderlər qrupundan çıxmağa çalışır. Tərəflər öz aralarındakı oyunların əksərən bol qollu keçdiyini nəzərə alsaq, 2-ci hissədə azı 2 qol vurulacağını təxmin edirəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 20.12.2025

Növbəti yazı

“Sabah” və “Qarabağ” cəzalandırıldı