Sürpriz kupon – 20.12.2023
“Ayntraxt” – “Borussiya” – QOL/QOL
“Ayntraxt” son 2 oyunda “Bavariya”ya və avrokubokda “Aberdin”ə qol vurmadan uduzub. Məncə, frankfurtlular bu dəfə “qol sükutunu” pozacaq. Münhenqladbax klubundan da qol gözləyirəm.
“Volfsburq” – “Bavariya” – 3,5 ÜST
Bu komandaların öz aralarındakı oyunlarının böyük əksəriyyəti məhsuldarlığı ilə seçilir. “Volfsburq”un “Bavariya”nı qəbul etdiyi son 5 görüşün hər birində azı 4 qol qeydə alınıb. Fikrimcə, bu ənənə yenə davam edəcək.
“Barselona” – “Almeriya” – 3,5 ÜST
Keçən mövsüm tarixində ilk dəfə “Almeriya”ya uduzan “Barselona”nın bu komanda ilə xüsusi “haqq-hesabı” var. Üstəlik, Xavinin komandası son 3 matçda qələbəyə həsrətdir. Məncə, La Liqanın autsayderini darmadağın etmək “Barselona” üçün çətin olmayacaq.