Sürpriz kupon – 20.11.2025

Sürpriz kupon – 20.11.2025

Saypa – Nassaji 2

Azadegan liqasının lideri avtomobil istehsalçısına məxsus klubun qonağı olacaq.
Komandalar arasında çempionatda keçirilmiş son matçda “Nassaji” səfərdə qələbə qazanıb. Düşünürəm ki, mazandaranlılar bu qarşılaşmada da uğur əldə edə bilərlər.

Paxtakor – Nasaf 1

“Paxtakor” son turda “Kokand”la qarşılaşmayacan 5 oyunluk qələbə seriyasına malik idi. Daşkəndlilər 11 oyundur uduzmur. Son 8 matçda 1 qələbə qazanan “Nasaf” isə 5 oyundur qələbə üzünə həsrətdir. Daha yaxşı formada olan meydan sahiblərinin qələbə qazanacağını düşünürəm.

Xor Fakkan – Şəbab Əl Əhli 2

BƏƏ Premyer Liqasının liderlərindən biri səfərdə “Xor Fakkan”la qarşılaşacaq.
Meydan sahibləri 4 oyundur uduzmur. Bununla belə, BƏƏ-nin ən titullu klublarından birinin gücünü nəzərə alaraq qonaqların qələbəsinə mərc edirəm.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Günün kuponu – 20.11.2025

Növbəti yazı

Azərbaycan yığması 4 pillə gerilədi