Sürpriz kupon – 20.11.2023
Sloveniya – Qazaxıstan QOL/QOL
Bu oyun Azərbaycan millisi üçün də çox vacibdir. Qazaxıstan qələbə qazanarsa Avro-2024-ə vəsiqə əldə edəcək və millimizin Millətlər Liqasından yolunu açacaq. Azərbaycan millisi o zaman Millətlər Liqasında pley-offda iştirak edəcək. Duelin qalibi Avro-2024-ə yollanacaq. İlk oyunda Sloveniyanın 2-1 hesablı qələbə qazandığını unutmayaq.
Çexiya – Moldova ÜST2.5
Hər iki komandanın qələbəyə ehtiyacı olacaq. Qalib gələn komanda Avropa çempionatına yollanacaq. Hər iki komanda ötən turda heç-heçə oynayıb. Bu oyunda çexlərə üstünlük verirəm. Onların uğur qazanmaq şansı daha yüksəkdi.
Ukrayna – İtaliya 2
Hər iki komandanın eyni xalı var. Hərəyə 13 xal toplayan Ukrayna və İtaliyadan biri gələn il Almaniyada keçiriləcək qitə yarışında iştirak edəcək. Rəsmi oyunlarda Ukrayna heç vaxt İtaliyaya qalib gəlməyib. Skuadra adzuranın vacib qələbə qazancağına inanıram.