Sürpriz kupon – 20.10.2025

Sürpriz kupon – 20.10.2025

Eyüpspor – Kasımpaşa QOL/YOX

Türkiyə Çempionatının ilk 8 turunda 4 qol vuran meydan sahibləri hücumda ciddi problem yaşayır. Komanda çətinliklə yaradılan şanslardan istifadə etmir, əvəzində qapısından qollar buraxır. Meydan sahiblərinin “Kasımpaşa” müdafiəsini keçə biləcəyinə inanmıram.

Kadiz – Burqos QOL/QOL

Sequndanın lideri “Kadiz” ilk turdan La Liqaya qayıtmaq istəyinin real olduğunu göstərir. 9 turda 18 xal toplatan meydan sahibləri matçın favoriti sayılır. Amma “Burqos” meydan sahibləri üçün uğursuz rəqib sayılır. Ona görə hər iki komandanın qol vuracağına mərc etmək daha risksiz görünür.

Nansi – Amyen ÜST2,5

Son üç ev oyununda qələbə qazanmayan “Nansi” yalnız bir heç-heçəyə sevinib. Komanda təhlükəli vəziyyətlər yaratsa da, qol vurmaqda çətinlik çəkir. Qonaqlar isə səfərdən qolsuz qayıtmır. Məğlubiyyətlərə baxmayaraq təsəlli olaraq rəqibi qollarla məyus edirlər. Seçimim yenə məhsuldar nəticə olacaq.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 20.10.2025

Növbəti yazı

Mançini “Nottingem” yolunda