Sürpriz kupon – 20.08.2025

Sürpriz kupon – 20.08.2025

Sanfreççe – Kobe – 1-ci hissə – 2

“Sanfreççe” J-liqa və Yaponiya Kubokunun oyunları nəzərə alınmaqla son 6 matçdan 5-də qalib gəlib, birində heç-heçə edib. Kobe isə son 3 qarşılaşmada qələbə qazana bilməyib. Tunir cədvəlində eyni xalla 5-6-cı yerləri bölüşdürən bu komandaların görüşündə meydan sahibi favorot sayılsa da, fikrimcə, Kobe uduzmayacaq. Hətta bir qədər də riskə gedib 1-ci hissənin qonaq komandanın qələbəsi ilə yekunlaşacağını təxmin edirəm.

Fenerbahçe – Benfika – cüt şans x2

Joze Morunyonun komandası yaxşı heyətə malikdir. Az Alkmaarla oyunda möhtəşəm qələbə də “Fənər”in iddiasından və gücündən xəbər verir. Amma pley-offda qarşılarında illərdir Çempionlar Liqasının əsas mərhələsində oynayan Benfika var. Məncə, portuqallar İstanbul səfərində uduzmayacaq.

Bazel – Kopenhagen – 2,5 ALT

Kopenhagen bundana əvvəlki rəqibləri Kosovo çempionu “Drita”nı (2:0 və 1:0) və İsveç “Malmö”sünü 2 oyunda qol buraxmadan məğlub edib (0:0 və 5:0). Bazel Liqada mübarizəyə indi qoşulur. İsveçrə liqasında isə adəti üzrə qol vurub-buraxmaqdadır. Oyunun əhəmiyyətini nəzərə alsaq, Bazel də ehtiyatlı taktikaya üstünlük verəcək. Ona görə bu matçda 2-dən çox qol gözləmirəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 20.08.2025

Növbəti yazı

Zirədə qollu bərabərlik