Sürpriz kupon – 20.08.2023
“Sassuolo” – “Atalanta” Q-Q
Seriya “A”nın şən futbol nümayiş etdirən iki komandası qarşılaşır. Keçən çempionatın oyunlarında məhsuldarlıqla seçilirdilər. Hücum futbolu sərgiləyirlər. Ənənəyə sadiq olaraq bu oyuna proqnoz qol-qoldur.
“Yunion”B – “Mainz” 1
Keçən il ev sahibi üçün uğurlu oldu. Sona qədər liderlər qrupunda mübarizə apardı. Sonda 4-cü pillənin sahibi ola bildi. Çempionlar liqasının qrupuna qatıla bildi. Keçən il “Mainz” heç nə ilə yadda qalmadı. Elədə böyük dəyişiklik yoxdur. Səfərdə yüksəlişdə olan “Yunion”a qarşı çox çətin olacaq. Ev sahibi Bundesliqaya qələbə ilə başlamağa çox yaxındır.
“Vikinq” – “Stabek” 1
Turnir cədvəlinin fərqli pillələrində qərarlaşan iki komanda qarşılaşır. Ev sahibi 18 oyundan sonra 41 xalla liderlə gərgin mübarizə aparır. Qonaq “Stabek” yaxşı günlərin yaşamır. 17-di oyundan sonra 16 xalla 14-cü pillədədir. Belə əlverişli vəziyyəti “Vikinq” çətin ki əldən buraxsın.