Sürpriz kupon – 20.07.2025

Sürpriz kupon – 20.07.2025

Kruzeyro – Juventude RS – 1-ci hissə – 1

Məntiqlə Braziliya A seriyasının lideri Kruzeyro mövsümün autsayderlərindən olan Juventudeni rahatlıqla məğlub etməlidir. Bu nöqteyi-nəzərdən yanaşsaq, qədər riskə gedib ilk hissənin meydan sahibinin xeyrinə bitəcəyinə mərc etmək olar.

Hammarbi İF – Brommapoykarna – QOL/QOL

Hammarbi 16 turdan sonra İsveç yüksək liqasında lider Myallbidən sonra ən çox qol vuran komandadır (28 qol). Son turda QAİS-ə uduzması onlara çempionluq yolunda zərbə olub. Bu matçı qazanmaq məcburiyyətindədirlər. Amma Brommapoykarna da çətin rəqiblərdən sayılır. Komanda ardıcıl 3 turdur qələbə qazanır. Son 4 oyunun da hamısında qol vurub. Fikrimcə, iddialı rəqibə – Hammarbiyə də qol vura bilərlər.

Farul – Otselul – 2,5 ALT

Hər iki komanda Rumıniyada mövsümə heç-heçə ilə başlayıb. Tərəflərin öz aralarındakı son 5 oyundan 3-də heç-heçə qeydə alınıb və 5 duelin hamısı 2,5 altla yekunlaşıb. Bu qarşılaşmanın da bol qollu keçəcəyini gözləmirəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 20.07.2025

Növbəti yazı

Azərbaycan millisinin basketbolçusu “Olimpiakos”da