Sürpriz kupon – 20.07.2024

Sürpriz kupon – 20.07.2024

Vuhan Tri Tauns – Çenqdu 2,5 ÜST

Çin Super Liqasında qonaqlar bu mövsüm yüksək performans göstərir. Turnir cədvəlində 3-cü olmaqla yanaşı, aktivlərində 19 oyuna 45 qol var. Məncə, mükəmməl göstəricidir. Ev sahibləri də öz meydanında demək olar ki, hər dəfə fərqlənməyi bacarır. Bütün bu göstəricilərə güvənsək, bol qollu oyunun olacağı real görünür.

Sarpsborq – Brann QOL/QOL

Ev sahibləri son 10 oyunda fərqlənməyi bacarıblar. Budəfəki rəqibləri güclü “Brann” komandasıdır. Qonaqlar da öz növbəsində meydanı qolsuz tərk etməyi sevmirlər. İstər evdə, istərsə də səfərdə. Düşünürəm ki, bu matç da öz məhsuldarlığı ilə yadda qalacaq.

HİK Helsinki – Haka QOL/QOL

Hal-hazırda hər iki komanda yaxşı formadadır. İlk dördlükdə yer alırlar. Qonaqlar son 3 oyunda rəqib qapılarını 9 dəfə silkəliyib. Ev sahibləri də meydan amilindən istifadə edəcək və hər ikisi açıq oyun sərgiləyəcəklər. Bütün bunları nəzərə alsaq, hər iki tərəfin fərqlənməsi qaçılmazdır.

Mr. V

Əvvəlki yazı

Günün kuponu – 20.07.2024

Növbəti yazı

Babək Quliyevə UEFA-dan təyinat