Sürpriz kupon – 20.07.2023
Rigas Futbola Skola – Makedoniya Qjorce Petrov Birinci hissə/Oyun nəticəsi ÜST 2.5 Rigas Futbola Skola
“Sabah”ın növbəti mərhələdəki rəqibinin adına aydınlıq gətirəcək matçın aşkar favoriti Latviya təmsilçisidi. Meydan sahibləri qonaqlardan hərtərəfli üstündü və bunu doğma azarkeşlər önündə parlaq qələbə ilə sübut edəcəklərini düşünürəm.
Zimbru – La Fiorita Birinci hissə/Oyunun nəticəsi Zimbru
İlk oyunda “La Fiorita” gözlənilmədən hesabda önə keçmişdi. Moldovalılar 64-cü dəqiqədə vurduqları qol sayəsində fiaskodan qurtula bildilər. Bu dəfə qonaqlar nə qədər müdafiəyə diqqət yetirsə də, “Zimbru”nun hücumları qarşısında tab gətirəcəklərinə inanmıram.
Dandolk – Magpies Hər iki hissəni qazanacaq komanda Dandolk/Dandolk
İrlandiya təmsilçisi ilk matçdakı heç-heçənin əvəzini çıxacaq potensialdadı. Britaniyalılar elə birinci hissədə Cəbəllütariqlərin növbəti mərhələ ümidlərini məhv etsə təəccüblənmərəm.