Sürpriz kupon – 20.05.2025

Sürpriz kupon – 20.05.2025

Mançester Siti – Bornmut X2 və YOX/QOL

“Mançester Siti” Quardiolanın dövründə ən uğursuz mövsümünü keçirir. Heç bir titul qazanmayacağı dəqiqləşən “şəhərlilər” Çempionlar Liqasına vəsiqə qazanmaq şansını da itirə bilər. Son matçda ölkə kubokunun finalında “Kristal Pelas”a uduzan mançesterlilər möhkəm rəqibin qarşısına psixoloji cəhətdən çökmüş vəziyyətdə çıxacaq. “Bornmut” etibarlı müdafiəsi ilə seçilir. Din Höysenin yayda Madrid “Real”ına keçəcəyi dəqiqləşsə də, o hələlik komandaya kömək edir. Müdafiənin dayaqlarından olan ukraynalı İlya Zabarnı da əla formadadı.
“Mançester Siti”nin son 4 oyunu, “Bornmut”un isə son 5 oyunundan 3-ü Yox/Qol gəlib.
Sürpriz kuponda öz mərcimizi yaradıb qonaqların uduzmayacağına və qarşılıqlı qolların vurulmayacağına mərc edə bilərik.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Günün kuponu – 20.05.2025

Növbəti yazı

Superkubokun cütləri bəlli oldu