Sürpriz kupon – 20.04.2025
Real Madrid – Atletik Bilbao – QOL/QOL
Çempionlar Liqası ilə vidalaşan Real Madrid bütün diqqətini La Liqada çempion olmağa yönəldib. Lider Barselona ilə xal fərqinin artmasına imkan verməmək üçün Real iddialı Atletik Bilbaonu məğlub etməlidir. Fikrimcə, bu asan olmayacaq, bəlkə də heç mümkün olmayacaq. Məncə, bu görüşdə hesabdan asılı olmayaraq hər iki komanda qol vuracaq.
Sent Etyen – Lion – QOL/QOL
Fransanın ən titullu klublarından olan Sent Etyen Liqa-1-lə vidalaşmaq təhlükəsi qarşısındadır. Qələbə onlara çox lazımdır. Lion isə yeni mövsüm UEFA Çempionlar Liqasına vəsiqə verən ilk “üçlüy”ə düşməyi hədəfləyib. Ona görə hər 2 komandadan qol gözləyirəm.
Brest – Lans – 2
Turnir cədvəlində qonşu olan bu komandaların duelində Brest favorit sayılır. Bu komanda ardıcıl 5 turdur uduzmur. Amma məncə bu tur seriya qırılacaq. Lansdan səfərdə sürpriz qələbə gözləyirəm.