Sürpriz kupon – 20.01.2026
Kayrat – Brügge – hər iki komanda qol vuracaq – xeyr
Matç çətin hava şəratində oynanılacaq. Almatıda oyun saatında havanın temperaturu mənfi 12-14 arası olacaq. Məncə, bu oyunun keyfiyyətinə təsirini göstərəcək. Çempionlar Liqasında hazərda 36-cı yerdə olan Kayratın onsuz da pley-offa şansı qalmayıb. Brügge isə mütləq qələbə qazanmalıdır. Fikrimcə, belçikalılar bu oyunda qpaısından qol buraxmayacaq.
Real Madrid – Monako – QOL/QOL
Real oyunun favotiri hesab olunsa da, Monakonun azı 1 qol vuracağını düşünürəm. Tərəflər indiyədək Çempionlar Liqasında 2 dəfə qarşılaşıb, hər ikisində qol-qol variantı özünü doğruldub. Ümid edək ki, bu dəfə də belə olacaq.
Kopenhagen – Napoli – 2
Danimarkada futbol mövsümü 2 aydır yekunlaşıb. Oyun praktikasının yoxluğu (yoxlama oyunlarını nəzər almasaq) Kopenhagenə problem yarada bilər. Hər iki komanda 6 oyundan 7 xal toplayıb. Məğlubiyyət pley-off ümidlərinin üstündən xətt çəkilmsi deməkdir. Napolinin potensialını, keyfiyyətli oyunçularını nəzərə alsaq, bu vacib görüşdə hazırki İtaliya çempionunun qalib gələcəyini təxmin edirəm.












