Sürpriz kupon – 20.01.2025

Sürpriz kupon – 20.01.2025

Komo-Udineze 2

 Həm A, həm B seriyasında “Komo” heç vaxt “Udineze”ylə matçlarda 3 xal qazanmayıb. Cari mövsüm ən çox müdafiə problemləri olan meydan sahibləri 4 qələbəyə sevinib. Heyətin 3 əsas futbolçusunu itirməsinə baxmayaraq “Udineze” səfər matçında favorit hesab edilir.

 Gubbio-Perugia ÜST2.5

Avrokuboklar həftəsində bazar ertəsi İtaliya C seriyasına mərc gəlmək təklif olunur. B qrupunda qərarlaşan komandalara qələbə hava-su kimi vacibdir. Meydan sahiblərinin əsas problemlərindən biri standart vəziyyətlərdə yol verilən səhvlərdi. Üstəlik əks hücumlar zamanı “Gubbio” lazımınca müdafiə olunmağı bacarmır. Məhz bu amillərə görə riskli görünən ÜST2.5 seçimini etməyə təklif edirəm. Etopaz 2.05 əmsalını təqdim etdiyindən risk etməyə dəyər.

Messina-Crotone 2

İtaliya C liqasını tərk etməyə yaxın olan “Messina” 22 turda 36 dəfə mərkəzə dəvət olunub. Komanda C liqasında yerini möhkəmlətmək üçün xal sayını artırmağa borcludur. Əks halda C liqasını tərk edəcək “Messina” hesabat turunda 3 xal qazanması əsl sürpriz sayılacaq. Bu sürprizə inanmadığımdan “Ctorone”nin qələbəsinə seçirəm. Səfərdə oynamağına baxmayaraq qonaqları daha şanslı hesab edirəm.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 20.01.2025

Növbəti yazı

“Neftçi Arena”da qollu bərabərlik