Sürpriz kupon – 19.12.2025
Kəpəz-Turan-Tovuz qol/qol
Azərbaycan Premyer Liqasında 2025-ci ilin son turuna start veriləcək. Ehtiyatda bir oyunu olan Kurban Berdıyevin komandası ardıcıl 4 matçda qələbəyə həsrətdi. Üstəlik ötən tur “Sabah”a 1-3 hesablı məğlubiyyət azarkeşləri bərk qəzəbləndirib. Təzyiq altında olan tovuzluların uğursuzluğa son qoyacağına inam azdı. Ona görə “Kəpəz”in doğma Gəncədə uduzmayacağına mərc etməyi təklif edirəm.
Porto-Famalikao üst2.5
Portuqaliya Kubokunda 1/8 final matçına mərc etmək təklif olunur. Doğma meydanda hər zaman rəqiblərə çətin anlar yaşadan “Portu”nun asanlıqla qələbə qazanacağını fikirləşirəm. Qonaqların mübarizəsiz təslim olacağına inanmaq lazım deyil. Bu matç üçün üst2.5 seçimi real görünür.
Botoşan-Kluj üst2.5
Rumıniya çempionatının 21-ci turunda maraqlı oyunlar baş tutacaq. Lider “Rapid” klubundan 1 xal geri qalan “Botoşan” kubok və çempionatda ümumilikdə 4 oyunda qələbə qazana bilməyib. “Kluj”un heyətində itkiləri nəzərə alaraq meydan sahiblərinin məhsuldar qələbəyə nail olacağını proqnozlaşdırmaq olar.










