Günün kuponu – 19.12.2024
Kadis – Burqos Cüt şans 1X
İspaniya Sequndada işləri yaxşı getməyən komandalar 20-ci turda üz-üzə gələcək. Turnirin ən zəif müdafiə xəttinə sahib “Burqos”un Sequndanı tərk etmək təhlükəsi də var. Heyət baxımından fərqlənən “Kadis”in evdə uduzmayacağını düşünürəm.
Elçe – Rasinq Santander 2.5 ÜST
Sequndanın lideri “Rasinq” gələn ildən La Liqaya vəsiqə qazanmağı qarşısına əsas məqsəd qoyub. Liderlər qrupuna düşməyə yaxın olan “Elçe” üçün bu oyun çox önəmlidir. Meydan sahibləri həm lideri büdrədə bilər, həm də qələbə qazanmaqla altıncı pilləyə yüksəlmək imkanına malikdir. Amma “Rasinq”in sürpriz edəcəyinə inanmıram. Qonaqların inamlı qələbə qazanacağını və oyunun 2.5 Üst bitəcəyini düşünürəm.
Şamaxı – Qarabağ 1-ci hissə 1.5 ÜST
Azərbaycan çempionatının lideri “Qarabağ” təxirə salınan oyunda “Şamaxı”nın qonağı olacaq. Ən yaxın izləyicisini 2 xal qabaqlayan Ağdam klubu qarlı Şamaxıda qələbə qazanarsa birinci pillədəki yerini möhləmlədəcək. Ötən tur “Sumqayıt”a 5 cavabsız qol vuran “Qarabağ”ın bu dəfə səfərdə oxşar qələbə qazanacağı və birinci hissədə qollar olacağı real görünür.