Sürpriz kupon – 19.12.2024

Sürpriz kupon – 19.12.2024

APOEL – Astana QOL/QOL

UEFA Konfrans Liqasında 5 turda 10 xal qazanan APOEL yalnız 1 oyunda qələbəyə sevinən “Astana”nı qəbul edəcək. Yeni reqlamentə öyrəşə bilməyən Qazaxıstan klubuna qələbə hava-su kimi vacibdir. Bir qələbə qonaqları turnir cədvəlində xeyli irəli qaldıracaq. Səfərdə APOEL-ə qalib gəlmək asan olmadığından qol-qol seçimi üzərində dayanıram.

Çelsi – Şemrok Rovers Çelsi və 2.5 ÜST

Konfrans Liqasında lider olan “Çelsi” bu oyuna ciddi itkilərlə çıxacaq. Müxtəlif səbəblərdən Fofana, Palmer, Ceyms və digərləri oyunda iştirak etməyəcək. Beş turda 3 qələbə qazanan qonaqların maksimum nəticəyə sahib “Çelsi”yə qarşı açıq futbol oynayacağını düşünmürəm. İngilislərin sürprizə imkan verəcəyi də inandırıcı deyil.

Gimarayş – Fiorentina 1-ci hissə 1.5 ÜST

Konfrans Liqasında turun ən maraqlı oyunlarından biri kimi təqdim olunur. Hərəyə 4 qələbə qazanan komandalar turnir cədvəlində 2-3-cü yerləri bölüşür. İlk dəfə qarşılaşacaq rəqiblər arasında İtaliya təmsilçisi favorit göstərilir. Bununla belə meydan sahiblərini də siyahıdan silmək olmaz. Riskli olsa belə, ilk 45 dəqiqədə ən azı 2 qolun vurulacağını proqnozlaşdırıram.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 19.12.2024

Növbəti yazı

Arda Güler üçün daha bir müştəri