Sürpriz kupon – 19.11.2024
İsveç – Azərbaycan
Azərbaycan qol cəmi: ÜST 0.5
Millimiz Millətlər Liqasında son matçına çıxacaq. Çətin İsveç səfərində Fernandu Santuşun rəhbərlik etdiyi komandadan gözləntilər o qədər də çox deyil. Bununla belə, “Nürnberq”də ardıcıl 4 oyunda qol vuran Mahir Emrelinin heyətə döndüyünü və millimizin cari tsikldə çoxlu qol epizodları yaratdığını nəzərə alsaq, sürpriz kuponda risk edərək ən azı 1 qol vuracağımıza mərc edə bilərik.
Monteneqro – Türkiyə 2
B qrupunun lideri səfərdə Marko Yankoviç və Marko Veşoviçin Montenoqrosu ilə qarşılaşacaq. Türkiyə B qrupunun lideridi, Monteneqro isə 1 xal belə qazana bilməyib. Uelsin liderlik şansını itirmədiyini nəzərə alsaq, qardaş ölkənin millisinin var-gücünü ortaya qoyub daha zəif rəqibi məğlub edəcəyini təxmin edə bilərik.
Malta – Andorra YOX/QOL
Məhsuldarlığı ilə seçilməyən komandaların görüşündən bol qol gözləmirəm. Öz meydanında oynayan Maltanın qələbə şansları daha yüksəkdi. Amma meydan sahiblərinin böyük fərqlə qələbəsi o qədər də real görünmür. Andorranın qol vurması isə çox bu cırtdan ölkənin komandası üçün əsl sensasiya olar. Zənnimcə, Yox/Qol mərcinin udmaq şansı yetərincə çoxdur.