Sürpriz kupon – 19.11.2022
Cəbəllütariq – Andorra YOX/QOL
Andorranın futbol yığması qol vuranda ölkədə toy-bayram olur. Bu dəfə rəqib də etibarlı müdafiəsi ilə seçilən deyil. Amma istənilən halda qitə futbolunun autsayderlərinin qarşılalaşmasında hər iki komandadan qarşılıqlı qollar gözləmirəm.
Kosovo – Farer adaları YOX/QOL
Farer adaları zaman-zaman sensasiyalı nəticələrilə təccübləndirsə də, bu qanunauyğunluqdan çox təsadüfdü. Skandinaviyalıların bu oyunda nəinki qələbə qazanacağına, heç qol vuracağına da inanmıram.
BƏƏ – Qazaxıstan YOX/QOL
Qazaxıstan qitə arenasında nə qədər yaxşı təsir bağışlasa da, BƏƏ-nin pulları dünyanın ən yaxşı futbolçularını belə milliləşdirməyə kifayət etsə də, bu oyunda hər iki komandanın qol vuracağını düşünmürəm.