Sürpriz kupon – 19.10.2023
“Plaza Kolonia” – “Montevideo Vanderers” -2
6-cı yerdə gedən “Plaza Kolonia” autsayderlər qrupunda qərarlaşan “Montevideo Vanderers”lə matçda favorit sayılsa da, bu oyundan sürpriz nəticə gözləyirəm. Məncə, 5 oyundan yalnız birində qələbə qazanan qonaqlar bu dəfə meydandan 3 xalla ayrılacaq.
“Liverpul Montevideo” – “Defensor Sportinq” – 1-ci hissə – “Defensor Sportinq”
Matçın favoriti turnir cədvəlindı 2-ci sırada yer alan meydan sahibi hesab olunur. Amma əmsalları görəndən sonra əksini düşünürəm. “Defensor Sportinq”in ilk yarını hesabda öndə bitirəcəyini təxmin edirəm. Əmsal da az deyil: 3,50. Risk etməyə dəyər.
“Afyonspor” – “Belediyye Vanspor” – QOL/QOL
Türkiyənin 2-ci liqasında öz zonasında lider olan Van təmsilçisi oyunun favoriti sayılsa da, məncə, Afyona səfər heç də asan olmayacaq. Bunu komandaların əvvəlki duellərinin hesabları da göstərir.