Sürpriz kupon – 19.09.2025

Sürpriz kupon – 19.09.2025

Leççe – Kalyari 1

A Seriyasının startında son pillənin daimi sakininə çevrilən “Leççe” növbəti turda “Kalyari”ni qəbul edəcək. “Kalyari” səfərdə inamlı mübarizə apara bilmir. Bu mənada qonaqların qələbəsi riskli görünür. “Leççe”nin nəhayət evdə ilk qələbəni qazanacağını düşünürəm.

Ştutqart – St. Pauli 2.5 ÜST

Bundesliqada cari mövsümə yaxşı başlayan qonaqlar ardıcıl üç oyunda özünü yaxşı tərəfdən göstərib. 3 matçda toplanan 7 xal “St. Pauli” hesabat turunda səfərə yollanır. “Ştutqart”da bir sıra problemlərin olduğunu unutmayaq. Maddi çətinliklər tam həll olunmayıb. Fikrimcə, hər iki komanda rəqib qapıçısını dəfələrlə narahat etməyi bacaracaq. Ona görə 2.5 Üst seçimində risk görmürəm.

Olimpik Lion – Anjer 1-ci hissə 1.5 ÜST

Fransa çempionatında startda 4 oyunda 9 xal toplayan “Lion” ötən tur səfərdə “Renn”ə uduzmaqla təəccübləndirdi. Ardıcıl 3 qələbədən sonra xal itirən meydan sahiblərinin 5-ci turda toparlanacağını düşünürəm. Komandanın ilk 45 dəqiqədə matçın taleyini həll edəcəyinə inanıram. Buna görə də ilk hissədə 1.5 Üst mərcini məsləhət görürəm.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 19.09.2025

Növbəti yazı

“İmişli” AFFA-nın qərarından şikayət verəcək