Sürpriz kupon – 19.07.2025
Lokomotiv M – Soçi QOL/QOL
Ev sahibləri də, mövsümə yaxşı start götürmək istəyir. Lakin komandanın müdafiəsində hələ də, kifayət qədər problemlər var. Mövsümün son turunda qapılarından 4 top, 2 ay öncə yoldaşlıq görüşündə isə, Moskva Dinamosundan 5 top buraxmışdılar. “Soçi” autsayder sayılsa da, ev sahiblərinin zəif müdafiəsi fonunda qol vurmağa qadirdir. Hər iki tərəfin qolları ilə açıq matç gözlənilir və qol/qol mərci ümidverici görünür.
Molde – Stromsqodest 1
“Molde” Norveç futbolunun adlı sanlı komandasından sayılır. Amma, son dönəmlər komanda olduqca zəif çıxış edir. Hal hazırda turnir cədvəlinin autsayderlərindəndir. Son 3 görüşü də, məğlubiyyətlə başa vurub. Məncə, bu matç “Molde”-nin dönüş nöqtəsi olacaq. Bu dəfə azarkeşlərini məyus etməyəcək.
Vikinq – Bude Qlimt QOL/QOL
Hər iki komanda “Norveç” yüksək liqasının ən məhsuldar komandalarıdır. Ev sahibləri 16 oyuna 40 qol vurublar. 3 oyun az keçirən (13)qonaqlar 28 dəfə fərqləniblər. Bu göstəricilər oyunun sakit kecməyəcəyindən xəbər verir. Bir sözlə, maraqlı və bolqollu oyun gözlənilir.












