Sürpriz kupon – 19.01.2023
Fənərbağça – Rizespor Fənərbağça qalib gələcək və ÜST 3.5
Komandalar arasında böyük səviyyə fərqi var. Meydan sahibləri bu fərqi nəticəyə də əks etdirməlidi. Rəqiblərin son iki oyununda “fənər” 4:0 və 6:0 qalib gəlib.
Atalanta – Spezia ÜST 2.5
“Atalanta” bolqollu oyunları ilə illərdir dünya futbolunun azarkeşlərini sevindirir. “Salernita”nanı 8:2 kimi nadir hesabla udan komandadan bu matçda da məhsuldarlıq gözləyirəm.
Gent – Şarlerua QOL/QOL
Komandalar arasında son iki oyun eyni hesabla – “Şarlerua”nın 2:1 qələbəsi ilə bitsə də, “Qarabağ”ın Konfrans Liqasındakı növbəti rəqibinin bu oyunda qalib gəlmək şansları yüksəkdir. Zənnimcə, bol və qarşılıqlı qollu bir qarşılaşma gözləmək olar.