Sürpriz kupon – 18.12.2025
Traktor Futbol Klubu – Perspolis 1
Əzəli rəqiblərin prinsipal qarşılaşmalarında adətən çox qol vurulmur. Bu mücadilənin də bolqollu olacağını düşünmürəm. Gərgin mübarizə şəraitində keçəcək kubok matçında təbrizli azarkeşlərin möhtəşəm dəstəyi sayəsində meydan sahiblərinin qələbə qazanacağını ehtimal edirəm.
Napoli – Milan QOL/QOL
İtaliya Superkubokunun Səudiyyə Ərəbistanında keçiriləcək yarımfinalı bütün dünyada İtaliya futbolu sevənlərin diqqətində olacaq. Komandaların əsas məqsədi çempionluq uğrunda mübarizə apardıqları A Seriyasıdır. Amma daha bir tituldan da heç kim imtina etməz. Tribunaları dolduracaq ərəb azarkeşlər bu qarşılaşmadan gözəl oyun gözləyir. Futbolçular da ümidləri doğrultmaq üçün hücum futbolu sərgiləməyə çalışacaq. Qarşılıqlı qolların olacağını güman edirəm.
Şaxtyor – Rieka 1
“Şaxtyor” noyabr və dekabr aylarında uduzmayıb. Arda Turanın komandasının Konfrans Liqasının Liqa mərhələsini 1-ci yerdə bitirmək şansları var. Donetsklilər mövsümü major notda sona çatdırmağa çalışacaq. “Rieka”nın buna mane olacağına inanmıram.










