Sürpriz kupon – 18.12.2024
Espanyol – Valensiya – 2
La Liqada hazırda sonuncu yerdə olan “Valensiya” tarixinin ən ağır dövrlərindən birini yaşayır. Elə Espanyol haqqında da eyni sözləri demək olar. Komandaları cəmi 4 xal və cədvəldə 2 pillə ayırır. Valensiya böhrandan çıxmağa çalışırsa, Espanyolu da udmayıb, hansı rəqibi məğlub edəcək ki? Məncə, riskə getmək olar.
Monako – PSJ – cüt şans 1x
Olduqca prinsipial oyundur. Hazırda 3-cü sırada olan Monako lider PSJ-dən 7 xal geri qalır. Xal fərqini “əritmək” üçün “Knyazlıq klubu” bu oyunda qalib gəlməlidir. Biz isı hər ehtimal heç-heçəni də nəzərə alaq. PSJ-yə qarşı öz meydanında oynadığı son 4 liqa matçında Monako məğlub olmayıb. Məncə, PSJ bu səfərdə də maksimum 1 xal qazanacaq.
Jedinstvo UB – Red Star Belgrade – 1-ci hissə – Red Star Belgrade
Serbiya liqasında sonuncu pillənin sahibi liderə qarşı. “Srvena Zvezda”nın (Red Star Belgrade) bütün oyunda qələbəsinin əmsalına mərc etməyə dəyməz. 1-ci hissənin liderin qələbəsi ilə bitəcəyinə isə mərc etmək isə sizə qazandıra bilər.