Sürpriz kupon – 18.12.2021

Sürpriz kupon – 18.12.2021

“Qreyter Fürt” – “Auqsburq” – 2,5 alt

Almanlar oynayırsa, “bu matç mütləq bol qollu olmalıdır” kimi qayda yoxdur, dostlar. Bundesliqanın bütün matçları 2,5 üst gəlməli deyil ki. Məncə, 17-ci turun 2,5 alt bitəcək oyunlarından biri də autsayderlərin görüşü olacaq. “Qreyter Fürt” 16 turda cəmi 13 qol vurub, amma 49-nu buraxıb.

16 matçda 17 qol vuran “Auqsburq”da isə rəqibin bu zəifliyindən istifadə edəcək hücum potensialı görmürəm. 2,5 alt daga real görünür.

“Hoffenhaym” – “Borussiya Münhenqladbax” – 2

Ardıcıl 4 turdur uduzan Münhenqladbax təmsilçisindən hər tur dönüş gözlənilir. Biz də ümidlərimizi bu oyuna bağlayaq. “Hoffenhaym”ın heyətdəki itkiləri, müdafiəsinin inamsız oyunu “Borussiya” nın sürpriz qələbəsinə inamımı artırır.

“Qalatasaray” – “İstanbul Başakşəhər” – 1

Oktyabrın 31-i “Qaziantep”ə 2:0 qalib gələn “Qalatasaray” ondan sonra superliqada keçirdiyi 5 matçın heç birini qazanmayıb.

Prinsipial xarakterli Fatih Terim komandasının 48 gün qələbəsiz qalmasına yəqin ki, daha dözmək fikrində deyil. Fikrimcə, “Qalatasaray” bu görüşə daha istəkli, motivasiyalı çıxacaq və qələbə hədəfinə çatacaq.

İlkin Fikrətoğludan ən son “Sürpriz Kupon”

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 18.12.2021

Növbəti yazı

“Lion”un oyunu yarımçıq qaldı