Sürpriz kupon – 18.11.2025
Kosovo – İsveçrə – QOL/QOL
Dünya çempionatına birbaşa vəsiqə üçün İsveçrə millisinə bu oyunda 1 xal kifayətdir. İsveçrə serblərlə münaqişə üzündən ölkəsindən gedən bir çox kosovolar üçün ikinci Vətən sayılır. İsveçrə millisinin heyətində də Kosovo mənşəli oyunçular var. Amma bütün bunlar həlledici xarakter daşıyan futbol matçının nəticəsinə çətin ki, təsir göstərsin. Ən yaxşı halda komandalardan bu oyunda qarşılıqlı qollar gözləmək olar. Aralarındakı son 4 görüşdən 3-də olduğu kimi.
Uels – Şimali Makedoniya – QOL/QOL
Dünya çempionatına vəsiqə uğrunda daha bir “ölüm-dirim” qarşılaşması. Pley-offa vəsiqə verən 2-ci yeri tutmaq üçün Uels mütləq qalib gəlməli, Şimali Makedoniya isə uduzmamalıdır. Belə gərgin oyunda hər iki komandadan qol gözləniləndir.
Bolqarıstan – Gürcüstan QOL/QOL
Seçmə mərhələdə 5 oyunun hamısında uduzan, top fərqi 1-18 olan Bolqarıstan millisi heç olmasa son turda uduzmamağa çalışacaq. Gürcüstan millisi ilə əksər görüşləri qarşılıqlı qollarla keçib. Məncə, bu dueldə də qol-qol variantına güvənmək olar.












