Sürpriz kupon – 18.11.2024

Sürpriz kupon – 18.11.2024

Polşa – Şotlandiya – cüt şans x2

Hər iki komanda Millətlər Liqasının A divizionunda yerini qorumağa çalışır. Eyni sayda – 4 xala malik bu komandaların duelində Polşa meydan sahibi olaraq favorit sayılsa da, məncə, Şotlandiya millisi uduzmayacaq. 5 oyuna 14 qol buraxan polyakların çox bərbad müdafiə xətti var. Fikrimcə, Şotlandiya rəqibin bu zəif nöqtəsindən istifadə edəcək.

Xorvatiya – Portuqaliya – QOL/QOL

Nəticədən asılı olmayaraq Portuqaliya qrupda liderliyi, Xorvatiya 2-ci yeri təmin edib. Son oyun şou xarakterli də ola bilər. Tərəflərin öz aralarındakı son 5 matçın hamısında qarşılıqlı qollar alınıb. Ənənənin davam edəcəyini təxmin edirəm.

Lüksemburq – Şimali İrlandiya – QOL/QOL

Lüksemburq bu Millətlər Liqasını çox pis keçirdi. Qrup sonuncusu olacağı artıq rəamiləşib. Amms D divizionu təmsilçiləri ilə pley-offda qarşılaşmamaq üçün C Liqasının “ən pis nəticə göstərən 2 komandası” sırasına düşməmək lazımdır. Şimali İrlandiyanın da qrup lideri olduğunu nəzərə alsaq, qarşılıqlı qollar gözləmək olar. Statistikaya görə də bu komandaların Lüksemburqun meydanında oynanılan bütün görüşlərində qarşılıqlı qollar qeydə alınıb.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 18.11.2024

Növbəti yazı

Neymar “Santos”la anlaşdı