Sürpriz kupon – 18.11.2022
“Eyndhoven” – “Telstar” – 2,5 ALT
Niderland liqalarında adətən məhsuldar oyunlar çox olur. Amma bu görüş barəsində fərqli düşünürəm. 15 turda eyni sayda qol vuran “Telstar” qapısını da “açıq saxlamır”. Komanda elə bu cür möhkəm müdafiənin sayəsində son 8 oyunda uduzmur. Ona görə sürpriz kimi Niderlandın 2-ci liqasının bu matçının 2,5 alt bitəcəyini təxmin edirəm.
Kamerun – Panama QOL/QOL
Qətər-2022-nə hazırlıq çərçivəsində Kamerunun son sınaq matçı. Bundan əvvəlki yoxlama matçında Yamayka ilə 1:1 oynayıblar. Honduras millisi isə son 2 həftədə oynadığı 3 yoxlama görüşünün hamısında azı bir qol vurub. Bu matçda da qarşılıqlı qollar olacağına inanıram.
Bəhreyn – Serbiya – 2
Oyun Bəhreynin paytaxtında keçirilsə də, meydan sahibi serblərin qarşısında davam gətirəcək səviyyədə deyil. Serbiya millisi dünya çempionatına qələbə əhvalında yollanmağa çalışacaq.